English French German Spain Italian Dutch Russian Portuguese Japanese Korean Arabic Chinese Simplified

Yerüzündə Göyqurşağı Rənglərini Yaradan Əsrarəngiz Təbiət Görüntüləri…

Yerüzündə göyqurşağı rənglərini yaradan əsrarəngiz təbiət görüntüləri…
Çində göyqurşağı dağları
Çinin şimal-qərbində Gansu bölgəsində 24 milyon illik daş və mineral yığıntıları , göyqurşağı rəngində laylar yaradır. Dağların təpələri Himalay dağları ilə eyni tektonik zona olduğuna görə yağış, külək və erroziyanın təsiri ilə bugünkü vəziyyətinə gəlmişdir, 10 km əraziyə yayılmış bu dağlıq ərazi yağışlardan sonra daha parlaq hala bürünür və mükəmməl bir görüntü yaradır.
Oregon'un təpələri
Oregonun şərqində John Day Fosil yataqları 56 min km ərazini tutur. Bu bölgə 35 milyon il öncə gerçəkləşən yanardağ partlamalarının və hədsiz dərəcədə iqlim dəyişmələrinin izlərini daşıyır. Zamanla bitki örtüyü quraq əraziyə çevrilmiş, kül, gil, minerallar və çürüyən bitkilər torpağa qarışaraq müxtəlif rənglər yaratmışlar. Bu rənglər havadakı nəm səviyyəsinə görə dəyişir.
Efiopiyada krater
Efiopiyadakı Dallol Yanardağı bugün əslində bir yanardağdan çox çökmüş bir kraterə bənzəyir. Yeraltı sular ilə magmanın qarşılaşması nəticəsində meydana gələn kükürd, dəmir, oksid, duz və digər minerallar bugünkü canlı yaşıl rəngləri, neon sarılarını yaratmışdır. Efiopiyanın Eritre sərhədində olan bu krater 2001-ci ilə qədər turistlər üçün bağlı idi. Hal-hazırda da təhlükəsizlik məsələləri səbəbilə ancaq bir neçə yüz turist buranı gəzə bilir.
Wyomingdə kaplıca
Yellowstone Milli Parkındakı Grand Prismatic adlandırılan bu yer çox güman ki, rənglərə görə bu adı alıb. 100 metrdən çox ərazisi ilə ABŞ-ın ən böyük kaplıcası. Gölə rəng verən isə bu mülayim yerdə yaşayan bakteriyalar və mikroorqanizmlərdir. Fərqli istilik məkanları fərqli rənglərə səbəb olur. Ortadakı ən isti bölgənin mavi qalmasının səbəbi orada bakteriyaların olmamasından irəli gəlir. Milli Parkda hər il çoxlu ziyarətçi axınına məruz qalan çoxlu kaplıcalar var.


Hiç yorum yok:

Yorum Gönder