English French German Spain Italian Dutch Russian Portuguese Japanese Korean Arabic Chinese Simplified

İlin fəsilləri


Sən yəqinki, il ərzində çöldə  havanın dəyişdiyini görmüsən. Soyuq qışın ardınca mülayim yaz gəlir, yazın  ardınca isti yay,yayın ardınca isə sərin, amma çox gözəl payız gəlir. 


Tapşırıq Niyə  bunlar baş verir?

Bizim  planetimiz olan Yer daima öz oxu ətrafında və   eyni zamanda da Günəş ətrafında fırlanır. Günəş planetin müxtəlif hissələrini-  Şimal və Cənub yarımkürələrini fərqli olaraq işıqlandırır. Yer Günəşin şimal  yarımkürəsi tərəfdə olduğu zaman, ona daha çox işıq və istilik düşür və müvafiq  olaraq Yerdə yay olur.
Eyni vaxtda əksinə olaraq  Cənub yarımkürəsində qış olur.  Yarım ildən  sonra hər şey tərsinə olacaqdır.  Şimal  yarımkürəsinə qış, Cənub yarımkürəsinə isə yay gələcək.
Hər iki yarımkürə eyni dərəcədə  işıqlandığı zaman isə planetimizdə  payız  yaxud da  yaz fəsli olur. Müxtəlif  yarımkürələrdə həmişə ilin müxtəlif fəsilləri olur.
İlin  4 (dörd) fəsli var: qış, yaz, yay və payız. İlin hər fəslində - 3 (üç) ay  vardır.
Qış  ayları: Dekabr, Yanvar, Fevral
Yaz  ayları: Mart, Aprel, May
Yay  aylar: İyun,İyul, Avqust
Payız:  Sentyabr, Oktyabr, Noyabr

Hiç yorum yok:

Yorum Gönder