English French German Spain Italian Dutch Russian Portuguese Japanese Korean Arabic Chinese Simplified

“Vətən” futbol məktəbinin təmsilçiləri Türkiyədə (FOTO 15)

Azərbaycan ilk dəfə olaraq Türkiyənin Alanya şəhərində keçirilən 8-17 yaşlı uşaq və yeniyetmələr arasında “Türkiyə Tətilləri: “Şərqin Mirvarisi” IV Beynəlxalq Futbol Festivalında iştirak edib.

Türkiyə Futbol Federasiyasının dəstəyi ilə “FİFA Grassroots” proqramı çərçivəsində təşkil olunmuş idman bayramında ölkəmizi Təhsil Nazirliyinin “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbinin komandaları təmsil ediblər. Məktəbin baş məşqçisi Yaşar Abdulovun rəhbərliyi altında 84 nəfərlik geniş heyətlə turnirə yollanan təmsilçilərimiz üçün bu yarış ilk yüksək səviyyəli beynəlxalq turnir olub.

9 ölkədən 50 komanda və 1500 uşağın qatıldığı festivalda 200 oyun keçirilib. Turnirin əsas favoritlərindən olan “Beşiktaş”, “Verder”, “Lokomotiv” Moskva, “Terek”, “Yuri Konoplyov adına Futbol Akademiyası” və “Paxtakor”un yetirmələri müvafiq yaş qruplarında qalib adına layiq görülüblər.

İlk dəfə yüksək səviyyəli beynəlxalq turnirdə iştirak etmələrinə baxmayaraq, “Vətən” Futbol Məktəbinin komandaları gözəl oyunu və bəzi oyunçuların fərdi nailiyyətləri ilə xüsusi diqqət çəkiblər. 12 yaşlı yeniyetmələr arasındakı yarışda komandamızın üzvü Mürvət Məmmədli turnirin ən yaxşı yarımmüdafiəçisi üçün təsis olunmuş xüsusi mükafata layiq görülüb.

10 yaşlı futbolçularımızdan ibarət komanda keçirdiyi 6 oyundan yalnız birində məğlub olub. Bir oyunu heç-heçə başa vuran komandamız 4 qələbə qazanaraq mükafatçılar sırasına düşüb. Hücumçularımızdan 2003-cü il təvəllüdlü Əşrəf Zeynallı 6 top, 2004-cü il təvəllüdlü Tuncay Hacıyev 4 top, 2001-ci il təvəllüdlü Qabil Əlizadə 4 top vurmaqla bombardirlik keyfiyyətlərini nümayiş etdiriblər.
Futbolçularla yanaşı məşqçilərimiz də turnirdən mükafatla qayıdıb. “Məşqçi və valideyn kuboku” qala turnirində (Parents Cup) iştirak edən məşqçilərimiz 2-ci yeri tutublar. Həmkarlarından fərqlənən məşqçi-müəllim Namiq Allahverdiyev isə qala turnirin xüsusi mükafatına layiq görülüb.
Festivalda “FİFA Grassroots”un koordinatoru, FİFA-nın təlimatçı – metodisti Ayvon Avrinin iştirakı ilə seminar da keçirilib. Seminarda gənc futbolçuların müasir hazırlıq proqramları və U9-U14 təsnifatları üzrə təlim-məşq proqramları barədə geniş mühazirə - təqdimat məşqçilərin nəzərinə çatdırılıb. 500-dən artıq futbolçu uşaqları və məşqçiləri birləşdirən praktiki təlimlər “The Day of Football Fan FİFA Grassroots” adını alıb. Eyni vaxtda 12 meydançada FİFA təlimatçıları Rusiya yığmasının sabiq məşhur futbolçuları Ruslan Niqmatulin və Dmitriy Loskovun iştirakı ilə estafetlər və master klaslar keçiriblər. Bundan əlavə, festival iştirakçıları “Play Station 3” üzrə əyləncəli blits-turnirlərdə də qüvvələrini sınayıblar.

















Hiç yorum yok:

Yorum Gönder