English French German Spain Italian Dutch Russian Portuguese Japanese Korean Arabic Chinese Simplified

Riyaziyyat fənni üzrə məktəblərarası müsabiqə (FOTO 6)

Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən riyaziyyat fənni üzrə məktəblərarası müsabiqənin birinci mərhələsi yekunlaşıb.

Şagirdlərin riyaziyyat fənninə olan marağının artırılması, istedadlı şagirdlərin aşkar olunması, şagirdlərin bilik və bacarıqlarının nümayiş etdirilməsi və şagirdlər arasında müsbət rəqabətin yaradılması məqsədilə Fizika-riyaziyyat və informatika təmayüllü liseydə keçirilmiş müsabiqədə Bakı və Sumqayıt şəhərləri üzrə 30 məktəbdən 267 şagird iştirak edib. Müsabiqənin qaydalarına əsasən, hər məktəb VI, VII və VIII siniflərin hər birindən 3 şagird olmaqla, cəmi 9 şagirddən ibarət komanda ilə təmsil olunub.

Müsabiqənin birinci mərhələsinin nəticələrinə görə, Bakı şəhəri 220 nömrəli məktəb-lisey I, Bakı şəhəri 62 nömrəli tam orta məktəb II, Sumqayıt şəhəri Təbiət elmləri tamayüllü gimnaziya III, Bakı şəhəri akademik Zərifə Əliyeva adına lisey IV, Sumqayıt şəhəri Texniki və təbiət elmləri liseyi isə V yeri tutub.

Bu mərhələdəki fərdi nəticələrə əsasən, VI siniflər üzrə Bakı şəhəri 220 nömrəli məktəb-liseyin şagirdi Murad Ağazadə, VII siniflər üzrə Bakı şəhəri 132-134 nömrəli təhsil kompleksinin şagirdi Anar Rzayev, VIII siniflər üzrə isə Bakı şəhəri Heydər Əliyev adına liseyin şagirdi Ayxan Məcidli və Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü liseyin şagirdi Anar Əhmədov (VIII sinif şagirdləri eyni bal toplayıblar) ən yüksək nəticə göstəriblər.

Qeyd edək ki, cari ilin sonunadək riyaziyyat fənni üzrə müsabiqənin daha iki mərhələsi keçiriləcək. Növbəti mərhələlərin ümumi nəticələrinə əsasən, həm fərdi, həm də komanda hesabında fərqlənən şagirdlər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Müsabiqənin ikinci mərhələsinin 29 noyabr 2014-cü il tarixində keçirilməsi nəzərdə tutulur.







Hiç yorum yok:

Yorum Gönder