
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı şənliklərinin keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən yerlərə hər hansı bir məhdudlaşdırıcı və ya təsdiqedici göstəriş və tövsiyə verilmir.
Nazirlikdən rəsmi olaraq qeyd edilib ki, ümumtəhsil məktəb şagirdlərinin asudə vaxtının təşkili, bayram şənliklərinin keçirilməsi ilə bağlı məsələlər valideynlərin, şagirdlərin rəyi nəzərə alınmaqla məktəb rəhbərliyi tərəfindən tənzim olunur.
Qeyd edək ki, sabiq təhsil naziri Misir Mərdanovun dönəmində isə orta məktəblərdə Yeni il şənliklərinin keçirilməsi qadağan edilmişdi. Buna səbəb kimi isə şənliklər zamanı xoşagəlməz hadisələrin baş verməsi göstərilirdi. (19-12-2014 12:50)
Hiç yorum yok:
Yorum Gönder