English French German Spain Italian Dutch Russian Portuguese Japanese Korean Arabic Chinese Simplified

Aşırı Ana Sevgisi Uşağı Məhv Edə Bilər

Çox güman ki, siz də Ana sevgisindən məhrum olmuş uşaqlar və sevgisizliklə dolu olan insan taleləri haqda eşitmisiniz. Bəli, həyatda bəzən elə olur ki ana öz övladlarını tərk edir və ya onlara lazımi diqqəti göstərmir. Heç kim bunun dəhşət olduğunu dana bilməz. Ancaq bizim cəmiyyətdə övladlarına aşırı sevgi göstərməkdən hansı fəsadların ola biləcəyi haqda heç vaxt danışılmır.
Hər şey qədərində olmalıdır. Aşırı sevgi yalnızca uşağın deyil həm də valideyinin həyatını məhv edir. Bu idarəolunmaz hiss gələcəkdə boşanmalara, qeyri sağlam ailələrə, valideynlərin və ya uşaqların erkən ölümünə, bədbin şəxsiyyətin yaranmasına və qeyri sərbəst insanın yetişməsinə gətirib çıxarda bilər.
Sevgi hamıya bəs etməlidir: özünə də, həyat yoldaşına da, övlada da. Ağırlıq bir insanın boynuna düşməməlidir, balans qorunmalıdır. Ananın ifrat dərəcədə olan sevgisi dəyərləri məhv edir və bu da yalnızca sevgidə boğulan obyektə deyil ümumilikdə ailəyə ziyan vurur.
Anna Radcenkonun şəkillər seriyası bu problemə həsr olunub. Bu şəkillərdə bu kimi tez tez qarşılaşdığımız ana və övlad münasibətlərindəki problemlər mübaliğə ilə təsvir olunub:
Həddindən artıq sahiblənmə, hədsiz sevgi, diktatura, öz həyata keçməyən arzunu uşağın üzərinə atmaq və s. Təsirli və Qorxuludur...





Hiç yorum yok:

Yorum Gönder